Türkiyədə cümə namazları ilə bağlı qərar verildi

Koronavirus aşkarlanan ölkələrdə yüksək risk qrupuna daxil olan müsəlmanlar cümə namazı əvəzinə evdə günorta namazı qıla bilər.

Bu barədə Türkiyənin Dini İşlər üzrə Təşkilatı açıqlama yayıb.

Bildirilib ki, ictimai sağlamlığın qorunması, xəstəliyin yayılmaması üçün karantində saxlanılan insanlara cümə namazı vacib deyil: "Həmin insanların camaata qatılması yolverilməzdir".

Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə Rəcəb Tayyib Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.

Eyni zamanda dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb.

Bu gündədək Türkiyədə nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 128ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 135 106-a çatıb. Bunların 70 405 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31