Türkiyədə əcnəbini “koronavirus yaymasına görə” bıçaqladılar
Türkiyədə əcnəbini “koronavirus yaymasına görə” bıçaqladılar
13 Mart 2020 14:29 DünyaTürkiyənin Konya şəhərində yerli vətəndaş əcnəbini bıçaqlayıb.
"HaberGlobal"ın məlumatına görə, U.G. göl kənarında balıq tutan əfqan mənşəli xarici vətəndaşlarla mübahisə edib.
O, əfqanlara "siz burada koronavirusu yayırsınız" deyib və Həbibullah adlı şəxsə hücum edərək onu bir neçə dəfə bıçaqlayıb.
Hadisə yerinə gələn tibb işçiləri vəziyyəti ağır olan Həbibullahı xəstəxanaya yerləşdiriblər.
Polis nəzarətinə götürülən U.G.-nın psixoloji problemlərinin olduğu iddia edilib.
Faktla bağlı araşdırma davam edir.
oxu24.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31