Afrikadan sonra İraqa hücum edən çəyirtkə sürüsü fermerləri çıxılmaz duruma saldı...

Aylardır ki, fermerlərin həyatını kabusa çevirən çəyirtkə sürüsü bu dəfə Afrikadan sonra İraqın cənubunu işğal edib.

Olaylar.az xəbər verir ki, Türkiyəyə keçmək ehtimalı olan çəyirtkələr kənd təsərrüfatını iflic edib. Bildirilir ki, Səudiyyə Ərəbistanı, Somali, Keniya, Sudan, Pakistan kimi ölkələrin əkin sahələrinə çəyirtkə hücumu olub.

Çəyirtkələr hər gün 150 kilometr yol qət edə bilir. Bir kilometr ərazidə isə 40-80 milyon çəyirtkə sadəcə bir gündə 35 min nəfərə yetəcək qidanı yeyə bilir.

Moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31