Paşinyanın koronavirusla bağlı həyəcan siqnalı

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə bütün təhsil müəssisələrinin işi martın 23-dək dayandırılır. Bu barədə baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində canlı yayımda bəyan edib.

"Lazım gələrsə, müddət uzadılacaq", deyə baş nazir bildirib.

Məlumatda qeyd olunur ki, çanlı yayımda Paşinyan vətəndaşları şəxsi gigiyena tədbirlərinə riayət etməyə, ictimai tədbirlərdən çəkinməyə, əllə görüşməməyə çağırıb. Heç şübhəsiz ki, baş nazirin bu çağırışı koronavirusla bağlı həyəcan siqnalıdır.

Xatırladaq ki, Ermənistanda hazırda koronavirusa yoluxma hadisəsi artmaqdadır.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31