Son bir sutkada 20 milyarder 78 milyard itirdi
13 Mart 2020 13:38 DünyaSon bir sutka ərzində dünyanın ən zəngin 20 adamı 78 milyard dollar itirib.
Bu məlumatı "Forbes" yayıb. Məlumata görə, buna ABŞ fond birjalarında qeydə alınan böyük geriləmə səbəb olub. Sonuncu dəfə belə böyük geriləmə 1987-ci ilin oktyabrında qeydə alınıb.
Jurnal ən böyük itkiyə "Amazon"un rəhbəri Cef Bezosun məruz qaldığını bildirib. Belə ki, Bezosun şirkətinin səhmlərinin 8% azalması nəticəsində onun 8 milyard dollar itirdiyi vurğulanıb.
Bezosdan sonrakı yeri LVMH-in rəhbəri Bernar Arno (7,7 milyard dollar) tutub.
Mark Zukerberqin itkisinin isə 5,7 milyard olduğu qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31