Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət işçilərinin xaricə səfərlərini rəsmən qadağan edib.
Ərdoğanın sərəncamı "Rəsmi qəzet"də yayımlanıb. Sərəncamda belə qərarın koronavirusla əlaqədər qəbul edildiyi vurğulanıb.
Qərarın Türkiyə Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə üzrə Elmi Şurasının məsləhəti əsasında qəbul edildiyi bildirilib.
axar.az