Mavi planet Uran – Seriyanın yeddincisi haqqında bilmədikləriniz
13 Mart 2020 13:18 Dünya1781-ci ilin bu günündə ingilis astronom alimi Uilyam Herşel özünün düzəltdiyi teleskopla Günəş sisteminin yeddinci planetini - Uranı kəşf edib.
Olaylar.az Uran planeti haqqında maraqlı faktları təqdim edir:
O, artıq 2 əsrdən çoxdur ki, bəşəriyyətə məlumdur.
Kəşf olunandan 42 il sonra elmi yazılarda o, Uran adı ilə qeyd olunmuşdur. Dünyada müxtəlif adla tanınan Uran, teleskopla kəşf olunmuş ilk planetdir.
Günəşdən 2.88 milyard km uzaqlığında yerləşən bu planet sistemimizin 7-ci planetdir. Uran planetinin atmosferi Günəş sistemində ən soyuq yerlərdən biridir, burada temperatur - 224°C bərabərdir. Həmçinin, burada küləklərin ən maksimal sürəti isə 240 metr/saniyə təşkil edir. Günəşə sarı yanakı uzanmış halda fırlanan Qaz-buz nəhəngi öz oxu ətrafında tam bir dövrünü 17 saat 14 dəqiqəyə tamamlayır.
Bir il Uranda 84 Yer ilinə bərabərdir. Onun Günəşə baxan üzündə 42 il gündüz olduğu halda, digər üzü 42 il qaranlığa qərq olur. Uranı mavi rəngdə görməyimizin səbəbi isə onun atmosfer tərkibində ən çox metan və ammonyakın təşkil etməsidir.