Kadırovdan korona çağırışı: "Namaz qılın..."
13 Mart 2020 11:41 DünyaÇeçenistan rəhbəri Ramzan Kadırov koronavirusdan qorunmaqla bağlı insanlara məsləhətlər verib.
Olaylar.az xəbər verir ki, Kadırov bununla bağlı Teleqram kanalında yazıb.
"Əvvəla, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinməyə, uşaqları izdihamlı yerlərə aparmamağa, xarici səfərlərdən qəti şəkildə imtina etməyə çağırıram. Müsəlmanlara gündə 5 dəfə namaz qılmaq əmr olunub. Onlar ciddi şəkildə sağlamlıqlarının qayğısına qalmalıdır. Xüsusilə gigiyena qaydalarına, təmizliyə, səliqəyə önəm verməlidirlər", - Kadırov bildirib.
O, respublika rəhbərliyinin hərtərəfli tədbirlər gördüyünü, Çeçenistanda koronavirusa yoluxma halının baş vermədiyini vurğulayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31