Virusa yoluxanları EDAM EDİRLƏR - Əsəddən SENSASİON ADDIM/FOTO

Milyonlarla insanın çadır düşərgələrində yaşadığı Suriyada virus səssiz-sədasız yayılır.

Xüsusilə, virusun yayıldığı İranla gediş-gəlişin sıx olduğu rejim bölgələrində çox sayda insanCOVİD-19 səbəbilə dünyasını dəyişib.

Suriya İnsan Hüquqları Müşahidə Komissiyasının Prezidenti Rami Əbdürrəhman Tartus, Lazkiyə, Dəməşq və Xümsdə toplam 62 koronavirus xəstəsi olduğunu, lakin həqiqi rəqəmlərin qat-qat böyük ola billəcəyini deyib. O, virusa yoluxanların İran və İraqdan gələn milis və ziyarətçilərlə təmas quran insanlar olduğunu, lakin xəstələrin rejim tərəfindən gizlədildiyini iddia edib.

Bəzi yerli mənbələr isə Əsədin koronavirusla mübarizədə qorxunc metodlardan istifadə etdiyini bildirir. İddiaya görə, Dəməşqdəki Əl-Müctəhid və Əl-Müsəva xəstəxanalarında koronavirus şübhəsi olan xəstələr katantin şəraiti olmadığı üçün anesteziya edilərək öldürülür. Eyni mənbələr yaralı olaraq xəstəxanaya gətirilən iranlı əsgərdən virus qapmış iki tibb bacısının eyni metodla öldürüldüyünü bildirir.

Tibbi infrastruktur olmadığı üçün xəstələrə dəqiq diaqnoz qoyulmur. Buna görə də ölüm kağızlarına "ağciyər iltihabı" və "böyrək çatışmazlığı" yazılır.

Ölkə miqyasında yas mərasimlərinin keçirilməsi qadağan olunub.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31