Afrika Birliyinin bütün iclasları təxirə salındı

Afrika Birliyinin yaxın zaman üçün planlaşdırılan, 15-dən çox şəxsin iştirakı ilə nəzərdə tutulan bütün iclasları təxirə salınıb.  Birlik qərarın koronavirus təhlükəsi səbəbilə qəbul edildiyini bəyan edib.

Afrika Birliyinin bu gün üçün planlaşdırılmış Sülh və Müdafiə Komissiyasının iclası da son anda təxirə salınıb.

Son məlumata görə, Afrika qitəsində koronavirusa yoluxma faktı 120 nəfərdə təsdiq edilib, 2 nəfər bu virusdan dünyasını dəyişib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31