Maldivdə koronavirusa görə fövqəladə vəziyyət elan edildi

Maldiv Respublikası yeni növ koronavirusun yayılması ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Bu barədə Maldiv adalarının Sağlamlığın Qorunması Agentliyi məlumat yayıb.

Agentliyin "Twitter" səhifəsində qeyd olunub ki, fövqəladə vəziyyət 12 mart 2020-ci il tarixindən başlayaraq 30 gün müddətində qüvvədə olacaq.

Yerli "Sun Online" nəşri hazırda Maldiv adalarında 8 koronavirusa yoluxma halının qeydə alındığını yazıb: yerli kurortlarda işləyən və ya istirahət edən əcnəbilər xəstələniblər. Nəşr qeyd edir ki, mövcud qanunvericiliyə əsasən, fövqəladə hallar zamanı səlahiyyətlilər məktəbləri bağlaya və ictimai tədbirləri qadağan edə bilərlər.

Maldiv adalarının səhiyyə naziri Abdulla Amin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünən yeni növ koronavirusu pandemiya elan etməsindən sonra belə qərar qəbul edib.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31