Küçədən minlərlə litr qan axdı - VİDEO

Sosial şəbəkələrdə dəhşət filmlərini xatırladan video yayımlanıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda küçədən minlərlə litr qanın axdığı əks olunub.

Görüntülər Argentinanın Moron şəhərindəndir.

Şahidlər tərəfindən çəkilən video "Reddit"də yayımlanıb. Məlumata görə, yerli heyvan kəsimi məntəqələrində toplanan qanla dolu sistern partlayandan sonra belə bir mənzərə yaranıb.

Bildirilir ki, 5000 litr inək qanı küçədə hardasa 200 metr məsafəyə yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31