Səudiyyə Ərəbistanı rus rublunu çökdürməkdə qərarlıdır

Səudiyyə Ərəbistanı neft hasilatını artıracağını bəyan edib. Səudiyyə Ərəbistanı Avropa ölkələrinə neft hasilatını üç dəfə artıracaq.

Belə ki, "Arab Light" markalı nefti 25 dollardan ixrac edəcək. Bununla da Səudiyyə Ərəbistanı Rusiyanın "Urals" markalı neftini Avropa bazarından sıxışdırmağı planlayır.

Qeyd edək ki, OPEK+ çərçivəsində keçirilən iclasda Səudiyyə Ərəbistanı neft hasilatını daha da azaltmağı, Rusiya isə mövcud səviyyədə saxlamağı təklif edib. Nəticədə razılaşma baş tutmayıb.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31