Suriyada Rusiya hərbçisi ölüb
Suriyanın Tartus bölgəsində Rusiya hərbçisi ölüb.
12 Mart 2020 15:45 DünyaSuriyanın Tartus bölgəsində Rusiya hərbçisi ölüb.
İHA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasından patrul xidmətinə çıxan hərbi avtomobillə mikroavtobusun toqquşması nəticəsində 1 Rusiya hərbçisi ölüb, 2 mülki şəxs yaralanıb.
Nazirlik hərbçinin müqavilə əsasında xidmət etdiyini bildirib. Rusiya rəsmi dairəsi hadisənin hücum deyil, yol-nəqliyyat hadisəsi olduğunu açıqlayıb.(report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31