Türkiyədə silahlı şəxs ticarət mərkəzinə hücum etdi - VİDEO

Türkiyənin İzmir şəhərində silahlı şəxs ticarət mərkəzinə hücum edib.

Hadisə Bornova rayonunda yerləşən ticarət mərkəzində baş verib.

Əlində tüfəng olan bir nəfər atəş açıb. Əraziyə cəlb edilən polislər ticarət mərkəzində olan insanları təxliyə ediblər.

Silahlı şəxs tutularaq polis idarəsinə aparılıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31