Dünyanın ən məşhur gecə klubu bağlandı
12 Mart 2020 14:22 DünyaDünyanın ən məşhur gecə klubu - Berlində yerləşən "Berghain" aprelin 20-ə qədər bütün tədbirləri təxirə salıb. Bu barədə klubun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilir ki, klubun müvəqqəti bağlanması barədə qərar koronavirus təhükəsi səbəbilə qəbul edilib.
Bundan başqa, Berlində bir çox kütləvi tədbirlər də təxirə salınb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31