Rusiyadan sensasion gediş: Qırıcılarını geri çağırdı

Rusiyadan sensasion gediş: Qırıcılarını geri çağırdı

Suriyadakı Hmeymim aviabazasında olan 5 rus döyüş təyyarəsi İran üzərindən Rusiyaya geri qayıdıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-154 və Su-24 tipli 4 hərbi təyyarə İran hava yolundan istifadə edərək Suriyadan Volqa şəhərindəki hərbi hava limanına geri dönüb.

Qeyd edək ki, Rusiya təyyarələrin geri qaytarılması ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31