İranda spirtli içkidən ölənlərin də sayı artır – 73 nəfər

İranda saxta spirtli içkilərin istifadəsindən ölənlərin sayı artmaqdadır. Bunu  Xuzistan vilayətinin Əhvaz Tibb Elmləri Universitetinin rəsmisi Əli Ehsanpur bildirib.

Ə.Ehsanpurun sözlərinə görə, təkcə Xuzistan vilayətində martın 6-dan bu günə qədər saxta spirtli içki qəbulundan sonra zəhərlənmə şikayəti ilə 500 nəfər xəstəxanalara müraciət edib. Həmin zəhərlənənlərdən 46 nəfər dünyasını dəyişib.

Alborzda 15, Mazandaranda isə 12 nəfərin spirtli içkidən zəhərləndiyini xatırladan rəsminin  sözlərinə görə, bu səbəbdən ölənlərin sayı ümumilikdə 73 nəfərə yüksəlib.

Qeyd edək ki, daha öncə Alborzda 7 nəfərin koronavirusdan qorunmaq məqsədilə spirtli içki qəbul etdiyi və zəhərləndiyi barədə məlumat yayılmışdı.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31