Prezident karantinə alındı - Fövqəladə vəziyyət elan olundu
Filippinin dövlət başçısı Rodriqo Duterte karantinə alınıb.
12 Mart 2020 12:55 DünyaFilippinin dövlət başçısı Rodriqo Duterte karantinə alınıb.
Prezidentkoronavirusdan qan analizi verib.
Analizin nəticələri neqativ çıxsa da, təhlükəsizlik tədbirləri üçün prezident karantində saxlanılır.
Qeyd edək ki, Filippində 49 koronavirus daşıyıcısı aşkarlanıb, onlardan 2-si ölüb. Ölkədə fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, Çindən dünyaya yayılan Kovid-19 Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son qərarla pandemiyaya çevrilib. Dünya miqyasında 4 min 634 nəfər dünyasını dəyişib. 124 ölkədə 126 min 380 nəfər virusa yoluxub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31