Gürcüstanda toy və yas mərasimləri müvəqqəti qadağan oluna bilər
Gürcüstanda toy və yas mərasimləri müvəqqəti qadağan oluna bilər
12 Mart 2020 12:10 Dünya"Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə əlavə məhdudiyyətlərin tətbiqi tələb olunacaq".
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.
Onun sözlərinə görə, epidemioloji vəziyyətin inkişafından asılı olaraq məhdudiyyətlər ilk növbədə, kütləvi toy və yas mərasimlərinə şamil olunacaq.
P.İmnadze qeyd edib ki, bununla bağlı hökumətə tövsiyələr təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31