Süd yolunda yeni növ döyünən ulduz aşkar edilib

Süd yolunda yeni növ döyünən ulduz aşkar edilib

Öz növündə unikal olan qeyri-adi ulduz Yer kürəsindən 1500 il məsafədə aşkar edilib. HD7442 adlandırılan pulsar (elektromaqnetik radiasiya şüası yayan yüksək maqnitləşmiş, böyük sürətlə dönən neytron ulduz) yalnız bir yarımkürə ilə döyünür. Ulduzun kütləsi Günəşdən 1,7 dəfə çoxdur. Tədqiqatın nəticələri "Nature Astronomy" jurnalında dərc edilib.

İndiyə qədər alimlər pulsarların titrəyişinin ulduzun bütün səthi üzrə bərabər paylandığını hesab edirdilər. Aşkar edilmiş yeni ulduzun isə fərqli hərəkət etməsinin səbəbi qırmızı cırtdandır. O, ulduza yaxın olması ilə öz qravitasiya cazibəsi sayəsində titrəyişi təhrif edir.

Qeyd edək ki, bu kimi obyektlərin mövcudluğu hələ 1980-ci illərdə nəzəri olaraq məlum olub. Lakin alimlər bugünədək onları tapmağa müvəffəq olmayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31