ABŞ bazasına onlarla raket atılıb: ÖLƏNLƏR VAR

ABŞ bazasına onlarla raket atılıb: ÖLƏNLƏR VAR

İraq paytaxtı Bağdadın şimalında yerləşən ət-Taci hərbi qərargahına 30-dan çox raket atılıb. İki ABŞ və bir Britaniya hərbçisi ölüb.

Ötən gecə ət-Taci hərbi qərargahına xüsusilə də burada ABŞ qüvvələrinin yerləşdiyi hissəyə 30-dan çox katyuşa reketi atılıb.

FoxNews burada iki ABŞ əsgərinin, bir britaniyalının öldüyünü, ondan artıq əcnəbi hərbçinin isə yaralandığını bildirib.

İraqdakı ABŞ qüvvələri xüsusilə də Eynul-Əsəd qərargahında olan hava qüvvələrinin helikopter və təyyarələri hazır vəziyyətə gətirilib.

Qasim Süleymaninin doğum gününə təsadüf edən bu hücumu hələ heç bir tərəf öhdəsinə götürməyib.

Oxu24.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31