Tramp Avropadan ABŞ-a gəlişi qadağan etdi
Tramp Avropadan ABŞ-a gəlişi qadağan etdi
12 Mart 2020 10:16 DünyaABŞ Prezidenti Donald Tramp ölkə ərazisinə bütün Avropa Birliyi ölkələrindən gəlişi qadağan edib.
Bu məlumatı Tramp xalqa müraciəti zamanı verib. O, yeganə istisnanın Britaniyaya ediləcəyini vurğulayıb.
Məhdudiyyətin sabahdan qüvvəyə minəcəyi və 30 gün davam edəcəyi bildirilib.
ABŞ lideri AB-ni koronavirusun yayılmasıyla bağlı öncədən xəbərdarlıq etməməkdə ittiham edib:
"Biz ilkin mərhələdən etibarən Çinə münasibətdə xilasedici tədbirlər qəbul etmişik. İndi biz eyni tədbirləri Avropaya münasibətdə təmin etməliyik. Doğru fəaliyyət sabah virusun yayılmasının qarşısını alacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31