Qaçqınlar arasında gizlənən 5 PKK üzvü tutuldu

Türkiyənin Ədirnə şəhərində qaçqınlar arasında gizlənən və türk dilini bilmələrinə rəğmən guya dili bilmirmiş kimi hərəkət edən 5 PKK üzvü nəzarətə götürülüb.

Avropaya getmək üçün Yunanıstan sərhədinə keçən minlərlə qaçqın gecə-gündüz sərhəd qapısı önündə gözləyir.Təhlükəsizlik qüvvələri, kəşfiyyat və texniki heyətin çalışmaları nəticəsində qaçqınların yerləşdiyi bölgədə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində qaçqın kimi özünü göstərən, türk dilini bilmələrinə rəğmən, özlərini guya türkcə bilmirmiş kimi aparan 5 şübhəlinin terror təşkilatı PKK üzvü olduğu müəyyən edilib.
Şübhəlilər, tibbi yoxlanışdan sonra ifadə vermək üçün Jandarma rayon bürosuna aparılıb.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31