Gürcüstanda hərbi xidmətə çağırış təxirə salındı – SƏBƏB

Gürcüstanda hərbi xidmətə çağırış təxirə salındı – SƏBƏB

Gürcüstanda hərbi xidmətə yaz çağırışının müvəqqəti təxirə salınması barədə qərar qəbul edilib. Qərar Baş nazirin başçılığı altında idarələrası koordinasiya şurasının iclasında qəbul edilib.

Qərara əsasən, ölkədə növbəti hərbi xidmətə çağırış 1 ay müddətinə, yəni arelin 13-ə qədər təxirə salınıb.

Qeyd edək ki, bu gün şuranın qərarı ilə ölkədəki bütün təhsil müəssisələrində də tətil aprelin 1-ə qədər uzadılıb.

Son məlumata görə, Gürcüstanda 23 koronavirusa yoluxma faktı təsdiqini tapıb, 298 nəfər karantində, daha 46 nəfər isə stasionar tibb müəssisələrində həkim nəzarəti altındadır.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31