Ukrayna hökuməti üç həftəlik karantin elan etdi

Martın 11-də Ukrayna hökuməti koronavirusun yayılması ilə mübarizə çərçivəsində ölkə daxilində üç həftə karantin elan edib.

Hökumət dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla, 200-dən çox insanın iştirak etdiyi kütləvi tədbirlərin qadağan edilməsini irəli sürüb.

İdman tədbirlərinin tamaşaçısız və beynəlxalq təşkilatların icazəsi ilə keçirilməsi gözlənilir. Hökumət, həmçinin epidemiya əleyhinə məhsulların ixracını iyunun 1-dək qadağan edəcək.

Xatırladaq ki, Ukraynada bu günə qədər koronavirusa yeganə yoluxma faktı Çernivtsidə İtaliyadan qayıdan bir şəxsdə qeydə alınıb.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31