AB iqtisadi şokla toqquşacaq – Avropa Mərkəzi Bankı

AB iqtisadi şokla toqquşacaq – Avropa Mərkəzi Bankı

Əgər Avropa Birliyi ölkələri koronavirusun yayılmasına cavab olaraq təcili tədbirlər görməsələr, Avropa 2008-ci il maliyyə böhranıyla müqayisə oluna biləcək böyük iqtisadi şokla toqquşacaq.

Bunu Avropa Mərkəzi Bankının sədri Kristin Laqard deyib.

"Əgər fəaliyyətlər koordinasiya edilməsə, çoxlarımıza 2008-ci il maliyyə böhranını xatırladacaq ssenari ilə üzləşəcəyik. Müəyyən cavab tədbirləri sayəsində iqtisadi şok müvəqqəti ola bilər", - deyə o bildirib.

Laqard İtaliyanın üzləşdiyi situasiya ilə bütün AB-nin üz-üzə qala biləcəyini söyləyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31