"ABŞ rus pulu hesabına Ukraynada qalmaq istəyir" – Putin

ABŞ hakimiyyəti Ukraynadakı mövcudluğunu Rusiyanın hesabına təmin etmək istəyir.

Olaylar.az  xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, ABŞ-ın Şimal Axını-2-yə qarşı fəaliyyəti məhz bununla əlaqədardır:

"Ukraynanı xarici idarəetmə altına alıblar. İstəyirlər ki, Ukrayna bizim pullarımız hesabına (Ukraynadan qaz tranzitinə görə ödəniş nəzərdə tutulur - red.) mövcudluğunu saxlasın. Özləri Ukraynaya pul vermək istəmirlər. Rus qazının Ukraynadan tranzitini təmin etmək məqsədilə onlar Şimal Axını-2-yə sanksiya tətbiq edirlər".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31