Polis xadimə kimi geyinib əxlaqsızlıq yuvasına basqın etdi - VİDEO
11 Mart 2020 15:19 DünyaAdanada əxlaqsızlıq yuvasına basqın edilib.
Türkiyədə əxlaqsızlıqla məşğul olan qadınlara və onları istismar edən şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
Polislər özlərini xadimə, səyyar satıcı və müştəri kimi təqdim edərək Adanadakı əxlaqsızlıq yuvalarından birini çökdürüblər.
Polislərdən biri papağına yapışdırdığı gizli kamera ilə yol kənarında müştəri gözləyən fahişələrlə söhbət edərək əxlaqsızlıq yuvası və onu işlədənlərlə bağlı informasiya əldə etdikdən sonra əməliyyat həyata keçirilib.
Milli.Az əməliyyatla bağlı görüntüləri təqdim edir:
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31