Estoniyadan etiraf: İqtisadi böhran başladı

Estoniyadan etiraf: İqtisadi böhran başladı

Estoniyada iqtisadi böhran başlayıb.

Olaylar.az xəbər verir ki, bunu Estoniya Maliyyə naziri Martin Helme deyib.

"Rəqəmlər göstərir ki, belə kəskin eniş 2008-ci ildən bu yana olmayıb. Bunun real həyatda nəticələri olacaq. Müəssisələrin balansı kəskin şəkildə ixtisar olunacaq, banklar kreditləri geri tələb etməyə başlayacaq və əlavə təminatlar tələb edəcəklər", - deyə o bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri hazırda 2008-ci il böhranından daha çətin situasiyadadır:

"Dünya və Avropa iqtisadiyyatının borc yükü on il öncəkindən daha yüksəkdir. İşsizlik çoxdur. Rəqabət qabiliyyəti 2008-ci il böhranına qədərki dövrdən daha pisdir. Əgər biz dövlət xərclərini kəsməyə başlasaq, çöküşü daha da gücləndirəcəyik. Bunu etmək lazım deyil. Neft qiymətlərinin azalması müvəqqətidir və qiymətlər 60-65 dollar səviyyəsinə 6 ay ərzində qayıdacaq. Neftin kəskin ucuzlaşması şəraitində hakimiyyət iqtisadiyyatın slans sektorunu dəstəkləmək niyyətindədir".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31