İsrail əsgərləri fələstinlilərə hücum etdilər
İsrail əsgərləri fələstinlilərə hücum etdilər
11 Mart 2020 15:04 Dünyaİşğalçı İsrail rejimi əsgərləri İordan çayının qərb sahillərində fələstinlilərə hücum reallaşdırıb.
Hadisənin Fələstin Muxtariyyətinin nəzarətində olan Cəbəli Armə bölgəsində baş verdiyi bildirilir.
İşğalçı İsrail rejiminə etiraz edən fələstinlilərə əsgərlərin hücum etdiyi və onlarla insanın yaralandığı diqqətə çatdırılır.
Qeyd olunur ki, fələstinlilərdən bəziləri də saxlanılaraq başqa istiqamətlərə aparılıblar.
HƏMAS və "İslami Cihad" hərəkatı da bəyanat yayaraq işğalçıların sözügedən addımını qınayıblar.
Eastnews.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31