Nazarbayevin qızı ilə nəvəsinin əmlakına həbs qoyuldu
Nazarbayevin qızı ilə nəvəsinin əmlakına həbs qoyuldu
11 Mart 2020 14:55 Dünyaİngiltərə hakimiyyəti Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin qızı və nəvəsinin əmlakına həbs qoyub.
Nazarbayevin qızı, Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayev, böyük oğlu Nurəli Əliyev və həyat yoldaşı Aida Londonda ümumi dəyəri 100 milyon dollardan çox olan mənzil və evlər alıblar.
Məlumata görə, əmlaklar Antil, Panama və Anqilya ofşorlarında sənədləşdirilib.
Qeyd edək ki, Nazarbayevin əmlaklarına İngiltərənin hüquq-mühafizə orqanlarının tələbi ilə 2019-cu ilin yazında həbs qoyulub. London Ali Məhkəməsi isə məlumatın ictimaiyyətə açıqlanmasına bu yaxınlarda icazə verib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31