“Nyu York Tayms” yunan barbarlığından yazdı
11 Mart 2020 14:43 DünyaABŞ-ın "Nyu York Tayms" qəzeti yunan hərbçilərinin sərhəddə miqrantlara qarşı qeyri-insani rəftarını sərt şəkildə qınayıb.
Qəzet yunan əsgərlərinin miqrantları tutaraq gizli mərkəzlərə apardığını yazıb.
"Yunanıstanın şimal-şərqində gizli mərkəz var. Hərbçilər burada miqrantları soyundurur, döyür və qeyri-qanuni şəkildə Türkiyə tərəfinə göndərir. Bundan başqa, Egey dənizində içində qadın və uşaqların olduğu qayıqlara təhlükəli şəkildə müdaxilə edirlər", - məqalədə qeyd edilib.
Məqalədə sərhəddə 22 yaşlı miqrantın hadisə yerindəki videogörüntüləri və yunan əsgərləri tərəfindən öldürüldüyü də vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31