Tayiland bu ölkə vətəndaşlarına viza verilməsini dayandırdı - SİYAHI
Tayiland bu ölkə vətəndaşlarına viza verilməsini dayandırdı - SİYAHI
11 Mart 2020 14:15 DünyaTayiland hökuməti bu gün 20-yə yaxın ölkə vətəndaşlarına viza verilməsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.Qərar dünyada sürətlə yayılan koronavirus səbəbindən qəbul edilib.
Məlumata görə, Tayilanda səfər üçün viza verilməsi müvəqqəti dayandırılan ölkələr siyahısına Rusiya, İtaliya, Bolqarıstan, Butan, Çin, Cənubi Koreya, Efiopiya, Fici, Gürcüstan, Hindistan, Qazaxıstan, Malta, Meksika, Nauru, Papua-Yeni Qvineya, Rumınya, Səudiyyə Ərəbistanı, Özbəkistan və Vanuatu daxil edilib.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.
day.az