Bolqarıstanda hərbi zavodda qəza olub- yaralanan var

Bolqarıstanda hərbi zavodda sexlərdən birində istehsalat qəzası nəticəsində azı 3 nəfər yaralanıb.

Məlumatı "RİA Novosti" yayıb.

Bildirilib ki, qəza martın 11-də səhər saatlarında Bolqarıstan paytaxtı Sofiyadan 250 km şərqdə yerləşən Mıqlij şəhərində "Arsenal" döyüş sursatları şirkətinin zavodunda baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəza baş verən sexin binasında dağıntı əmələ gəlib.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31