Dörd uşaq anası 1 günlük körpəsini boğaraq öldürdü

Türkiyənin Adıyaman şəhərində ana 1 günlük körpəsini boğaraq öldürüb.

4 uşaq anası Fatma.U fevralın 14-də dünyaya gətirdiyi qız körpəsini boğaraq öldürdükdən sonra meyiti sellofan paketə bükərək zibil qutusuna atıb. Körpənin bezlərini isə sobada yandırıb.

Həkimlər müayinə üçün körpəni xəstəxanaya gətirməsi üçün anaya zəng edən zaman cinayət faktı ortaya çıxıb. Ana həkimlərə körpəsini əmizdirən zaman boğularaq öldüyünü bildirib.

Həkimlər ananın bu sözlərindən sonra polisə müraciət edib.

Araşdırma zamanı anaının yalan danışdığı və körpəsini özü öldürdüyü ortaya çıxıb.

Fatma.U haqqında cinayət işi açılıb.

Sonxeber.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31