Putin: "Trampa öz adı ilə müraciət edirəm": “Donald”

Putin: Trampa öz adı ilə müraciət edirəm: “Donald”

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampa öz adı ilə müraciət etdiyini etiraf edib.

Olaylar.az xəbər verir ki, bu barədə o, "Vladimir Putinə 20 sual" layihəsi çərçivəsində TASS-a verdiyi müsahibəsində deyib.

"O, məni Vladimir adlandırır, mən onu Donald adlandırıram" deyib.

Dövlət başçısı "Amerika prezidentlərinin hansı ilə rahat danışıbsınız?" sualına cavab verməkdə çətinlik çəkib.

O, 2001-ci ildən etibarən ABŞ-ın bütün liderləri ilə konstruktiv münasibətləri olduğunu bildirib.

Putin ABŞ-ın keçmiş prezidenti oğul Corc Buş ilə "yaxşı münasibətlər" qurduğunu qeyd edib.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31