Türkiyədə naringi əkimində BİR İLK

Türkiyədə naringi əkimində BİR İLK

Ətri və qoxusu ilə çox məşhur olan Bodrum naringisi kimi də tanınan yerli naringi, Antalyada yetişdirmə zamanı toxumu olmadan istehsal edilib. Bəzi meyvələrdə toxumlarının sayı sıfıra, digərlərində isə 1-ə endirilən yeni naringi növünə Ərtuğrul bəy adı verilib.

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi yanında Antalyada 1934-cü ildə yaradılan Qərbi Aralıq dənizi Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunda əsasən portağal, limon, naringi, qreypfrut kimi sitrus məhsullarının Aralıq dənizi sahilinə uyğunlaşdırılmasına yönəlmiş yeni növ toxumsuz naringi yetişdirilib.

Qərbi Aralıq Dənizi Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin mütəxəssislərinin 10 ildən çoxdur ki, apardığı tədqiqat işlərindən sonra Bodrum naringisi adı ilə tanınan toxumsuz naringi istehsal etməyə müvəffəq olub.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31