82 milyon əhalisi olan ölkə ilə bağlı QORXUNC PROQNOZ - Baş nazirdən açıqlama

82 milyon əhalisi olan ölkə ilə bağlı QORXUNC PROQNOZ - Baş nazirdən açıqlama

Kovid-19 epidemiyası Almaniya əhalisinin 60-70%-nə yoluxacaq.

Bunu Almaniya kansleri Angela Merkel deyib.

Nazirlərin iştirakı ilə keçirilən toplantıda yeni tip koronavirusla bağlı xəbərdarlıqlar edən kanslerin bu açıqlamasını Səhiyyə naziri Yens Şpahn də təsdiqləyib.

Nazir koronavirusa yoluxanların 80%-nin bunun öhdəsindən gələ biləcəyini söyləyib. O bildirib ki, 65 yaşdan yuxarı insanlar ciddi təhlükə altındadır və buna görə 28 min ehtiyat yataq ayrılıb.

Merkelin açıqlamasına görə, 82 milyon əhalisi olan Almaniyada 50-60 milyon insan koronavirusa yoluxa bilər.

Qeyd edək ki, Almaniyada yeni tip virusdan 2 nəfər dünyasını dəyişib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31