"Rusiya SSRİ kimi parçalana bilər" - Novak
11 Mart 2020 11:33 DünyaNeft qiymətlərinin ucuzlaşması Rusiya iqtisadiyyatı üçün böyük zərbə olacaq.
Olaylar.az xəbər verir ki, bu sözlər ukraynalı iqtisadçı Andrey Novakın "Unian" saytındakı məqaləsində yer alıb. O, neft bazarındakı situasiyanın Rusiya rublunun 15% ucuzlaşmasına səbəb olduğunu söyləyib:
"Rusiya iqtisadiyyatı üçün yaranan situasiya fəlakətlidir. Bu, 1991-ci ili xatırladır. Bu tarixdə Fars körfəzi hadisələri ucbatından qiymət çöküşü yaşanmışdı. 1991-ci il SSRİ-nin parçalanması ili oldu. Oxşar situasiya indi də yaşanır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31