“Paşinyan vəzifəsindən sui-istifadə edərək…” – Şok ittiham

“Paşinyan vəzifəsindən sui-istifadə edərək…” – Şok ittiham

Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası məqsədilə Sünik rayonuna getmək üçün dövlət vertolyotundan istifadə etdi. Amma o, həmin hüquqa malik deyildi".

Olaylar.az  xəbər verir ki, bunu aprelin 5-də keçiriləcək referendum əleyhinə qurulmuş "Xeyr" qərargahının nümayəndəsi, hüquq müdafiəçisi Ruben Melikyan deyib.

O, Ermənistan Baş nazirinin ciddi qanun pozuntusuna yol verdiyini bildirərək, vəzifəsindən sui-istifadə etməkdə ittiham edib:

"Bu gündən etibarən Nikol Paşinyan məzuniyyətdədir və özünün dediyinə görə, təşviqatla məşğul olacaq.

Amma bir sual var: Ermənistan vətəndaşı Nikol Paşinyan təşviqat məqsədi ilə Sünik bölgəsinə getmək üçün dövlət vertolyotundan istifadə etmək hüququna malikdirmi? Aydındır ki, yox".

Hörmətli vətəndaşlar, baş verən qanun pozuntularına nə vaxt "Xeyr" deyəcəksiniz?".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31