Əsəd ordusu türk dronlarını vurdu – İdlib döyüşləri

Əsəd ordusu türk dronlarını vurdu – İdlib döyüşləri

Suriya ordusunun (Bəşər Əsəd) hava hücumundan müdafiə sistemləri ümumilikdə 20 türk dronunu vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, "Buk-M2E" zenit sistemləri sonuncu qarşıdurmalar zamanı Türkiyə Silahlı Qüvvələrinin 20 Pilotsuz Uçan Aparatına (PUA) zərbələr endirib.

Qeyd edək ki, Suriya və Türkiyə Silahlı Qüvvələri arasında ötən ayın sonlarında başlayan döyüşlər bu ayın 5-dək İdlib əyalətində baş verib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31