Şvartseneqqer robotunu hazırlayan ruslardan 10 milyon istəyir
Şvartseneqqer robotunu hazırlayan ruslardan 10 milyon istəyir
10 Mart 2020 14:32 DünyaHollivud ulduzu və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqer Rusiyanın məşhur şirkətini məhkəməyə verib.
Buna səbəb "Pomobot" adlı brendin aktyordan icazəsiz onun robotunu hazırlaması olub. Şirkət əl işini Nyu-York və Las-Vegasda təşkil olunan texnologiya sərgisində nümayiş etdirib.

Elə həmin andan etibarən Şvartseneqqer 10 milyon dollarlıq təzminat üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, sözügedən robotun qiyməti 25-50 min dollar arasında dəyişir.
QAFQAZİNFO.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31