ABŞ ordusu geri çəkilir - Bir dövrün sonu

ABŞ ordusu geri çəkilir - Bir dövrün sonu

ABŞ hərbi qüvvələrini (USFOR-A) Əfqanıstandan geri çəkməyə başlayıb.

Bunu Əfqanıstandakı ABŞ ordusunun sözçüsü Sonni Leqqet açıqlayıb.

"Əl-Cəzirə" telekanalının xəbərinə görə, sözçü ABŞ-Əfqanıstan İslam Respublikası Ortaq Dekalarasiyası və ABŞ-Taliban razılaşması çərçivəsində 135 gün ərzində ABŞ-ın bu ölkədəki əsgər sayı 8 min 600-ə çatıdırılmalıdır.

"USFOR-A" Əfqanıstanda Əl-Qaidə və İŞİD-ə qarşı terrorizmlə mübarizə əməliyyatları ilə yanaşı, Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstək vermək kimi hədəflərini yerinə yetirmək mövzusunda bütün hərbi səlahiyyətlərindən istifadəyə davam edəcək.

Qeyd edək ki, hazırda ABŞ-ın Əfqanıstanda 12 min əsgəri var. Ordu 1979-cu ildə bu ölkəyə daxil olub.

ABŞ-Taliban arasında "Əfqanıstana Sülhü Gətirmək Razılaşması" Qətərin paytaxtı Dohada fevral ayının sonuncu günündə imzalanmışdı.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31