Rusiyada erkən seçkilərin keçirilməsi təklif olundu
10 Mart 2020 13:59 DünyaRusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski konstitusiya dəyişikliklərinin qəbulundan sonra erkən parlament seçkilərinin keçirilməsini təklif edib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Bunu kürsüdən (Dövlət Duması) söyləyəcəyəm. Ancaq indi də deyirəm. Əgər yenilənmiş konstitusiya aprel ayında qüvvəyə minsə, o zaman Dövlət Dumasına erkən seçkilər keçirilməlidir", - deyə Jirinovski vurğulayıb.
O, Liberal Demokrat Partiyasının konstitusiyaya dəyişiklikləri dəstəklədiyini əlavə edib.
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31