Türk Silahlı Qüvvələri terrorçuları darmadağın edir

Türk Silahlı Qüvvələri terrorçuları darmadağın edir

Antiterror əməliyyatlarını fasiləsiz olaraq davam etdirən Türk Silahlı Qüvvələri, İraq və Suriyanın şimalında yuva quran PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 18 terrorçu zərərsizləşdirilib.

Olaylar.az bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada Suriyanın Tel Rıfat əyalətində 13 PKK  terrorçusunun zərərsizləşdirildiyi və zərərsizləşdirilən terrorçuların "Fərat qalxanı" əməliyyatında iştirak edən Türk Silahlı Qüvvələrinə qarşı hücuma hazırlaşdığı qeyd edilib.

Milli Müdafiə Nazirliyinin yayılan digər bir açıqlamasında isə qeyd olunur ki,  Türk Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının (MİT) koordinasiyalı işbirliyi çərçivəsində İraqın şimalındakı Kandil əyalətində həyata keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Terror təşkilatının bütün yuvaları darmadağın ediləcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31