Pedofil mağazanın soyunub-geyinmə otağında məktəbliyə təcavüz etdi

Pedofil mağazanın soyunub-geyinmə otağında məktəbliyə təcavüz etdi

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən ticarət mərkəzlərinin birində pedofil yeniyetməyə təcavüz edib.

13 yaşlı qız mağazaların birinin soyunub-geyinmə otağında təcavüzə uğrayıb.

Bu barədə qızın atası hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə baş verən əraziyə gələn əməliyyatçılar şübhəli şəxsin görüntülərini əldə ediblər.

Həmin şəxsin kimliyi müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31