NATO Türkiyəyə kömək etməyəcək — AÇIQLAMA
NATO Türkiyəyə kömək etməyəcək — AÇIQLAMA
10 Mart 2020 13:12 DünyaNATO Yaxın Şərqdəki müttəfiqi olan Türkiyəyə kömək etməkdən imtina edib.
Olaylar.az xəbər verir ki, Alyansın baş katibi Yens Stoltenberq, Ərdoğanın Suriyadakı kömək istəyinə cavab olaraq, Ankaraya, Moskva ilə razılaşdırdığı İdlibdəki atəşkəsdən faydalanmağı və humanitar yardımın verilməsini təşkil etməyi tövsiyə edib.
Stoltenberq ən çox qaçqını qəbul etdiyi üçün Türkiyənin Suriyadakı qarşıdurmadan daha çox zərər çəkdiyini etiraf edib.
O, açıqlamasında NATO-nun Türkiyəni hava hücumundan müdafiə sistemləri ilə təmin etməklə artıq kifayət qədər kömək etdiyini bildirib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31