Erməni hərbi qulluqçu qəza törədib, vəziyyəti ağırdır

Martın 8-də, saat 16:43-də Vardenis-Sotk avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Vardenis şəhərinin A.Sesmanukyan küçəsində "Mercedes-Benz E350" (sürücü A.Xaçik) və "Opel Vectra B" (sürücü K.Aram, 1988-ci il təvəllüdlü) markalı avtomobillər toqquşub, nəticədə "Opel Vectra B" markalı avtomobil aşıb.

"Opel Vectra B" markalı avromobilin sürücüsü olan erməni hərbi qulluqçu Vardenis hərbi hospitalına yerləşdirilib, həkimlər onun sağlamlıq vəziyyətini orta-ağır olaraq qiymətləndirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hər zamankı kimi heç bir məlumat yaymayıb.

Ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31