Çin rəhbəri Uhan şəhərinə səfər edib

Çin rəhbəri Uhan şəhərinə səfər edib

Çin rəhbəri Si Cinpin koronavirusun episentri olan Uhan şəhərinə səfər edib.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, S.Cinpin səfər zamanı şəhərdə virusla mübarizə çərçivəsində aparılan tədbirlərlə tanış olacaq.

Onun həkimlərlə, sosial işçilərlə, polis, hərbçi və könüllülərlə görüşəcəyi deyilir.

Qeyd edək ki, Çində yeni koronavirusa yoluxma hallarının sayı 80 754-ə çatıb, onlardan 3113 nəfər ölüb, təqribən 60.000 xəstə sağalıb və xəstəxanadan evə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31